Daha 5 idmançımız cəzalandırıldı - Dopinqə görə
11:05 31 Oktyabr 2018
Azərbaycanın daha 5 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Femida.az-a verilən məlumatda bildirilir. Həmin taekvondoçuların Cavid Hüseynov, Samir Məhərrəmov, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyeva olduqları açıqlanıb. Onların hamısı 12 ay müddətinə diskvalifikasiya olunub. İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub.
Orqanizmlərində furosemid maddəsi aşkarlanan bütün taekvondoçuların cəzaları 19 mart 2018-ci ildən qüvvəyə minib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 25 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb