Azərbaycanlı xanımı 1800 nəfər ayaq üstə alqışladı

Azərbaycanlı xanımı 1800 nəfər ayaq üstə alqışladı


11:12     31 Oktyabr 2018 2018/10/45488294662_17e5127f4a_o_3081939962.jpg


17-20 oktyabr tarixlərində Haaqa şəhərində keçirilən Dünya Gənclər sammitində çıxış edən Zara Hüseynova sammitin ilk azərbaycanlı spikeri olub.

Niderland kraliçası, Nobel mükafatçısı Tawakkol Karman, professor Muhammed Yunus, Twitterin rəhbəri, Unilever şirkətin CEO-su Paul Polman, Sir Bob Geldof, Haaqa şəhərinin icra başçısı Pauline Krikke, Rossana Burgos (Eh Bee Family lahiyəsi) və Zara 1800-dən çox sammit iştirakçısının qarşısında çıxış edərək sülh və ədalətin qüvvəsi haqqında danışıblar.

Təhsil Panelində ayaqüstə alqışlanan yeganə iştirakçı Zara, Azərbaycan qadınlarının qarşılaşdığı çətinliklərindən, onların həllindən, cəmiyyətə təsirindən söz açıb və Azərbaycanın şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb.

Zara, 2014-cü ildə qadınlara dəstək olmaq, ilhamlandırmaq, cəsarətləndirmək üçün WoWoman təhsil platformasını yaradıb. 7000 qadın bu platformanın şəxsi universal bacarıqlar inkişafı, sahibkarlıq, kodlaşdırma, dizayn kimi təhsil proqramlarının iştirakçısı olublar.

Qeyd edək ki, Dünya Gənclər Forumu 2009-cu ildən keçirilir.





Femida.az

Açar sözlər:

Oxunub: 306