Məmur olmaq istəyənlər sınağa çəkiləcək
12:46 31 Oktyabr 2018
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanlarına qeydiyyat davam edir.
DİM-dən Femida.az-a verilən məlumata görə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları* keçiriləcək.
Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 7 və 17 noyabr tarixlərində keçiriləcək.
İmtahanlar saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 7 və 17 noyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Femida.az
Oxunub: 644
Oxşar xəbərlər
- Məmur 5 il qadının 83 min manat pensiyasını ələ keçirib - MƏHKƏMƏ
- Məmuru intim görüntüləri ilə şantaj edənlərə hökm oxunub
- Məmurun evindən 13,5 ton qızıl tapılıb
- Məmur otağında “cadu təmizləyən” şəxs Əli Kərimlinin qohumu imiş – SENSASİON FOTOLAR + VİDEO
- Məmur oğlu söyüşə görə həbs edildi
- Məmura yarım milyon “atan” şəxsin cəzası uzadıldı
- Məmurlar niyə badam yeyir? - İnanılmaz faktlar
- Məmurun kabinetini qarət etmək istəyən şəxs kimdir?
- Məmurun 150 min manatını oğurlayan dəstə məhkəmə qarşısında
- Məmurların maaşı niyə artmamalıdır? - Ekspertdən açıqlama