Türkiyə “Fırtına”ları Kobanidəki terrorçuları bombaladı


16:54     31 Oktyabr 2018 18_10_31_1540990561.jpg

Türkiyə Silahlı Qüvvələri Fəratın şərqində yerləşən Ayn -əl Ərəb (Kobani) bölgəsindəki PKK terrorçularını bombalayıb.


Femida.az xəbər verir ki, Şanlıurfa sərhəd xəttindən Suriyanın Ayn-əl Ərəb bölgəsinə atılan bombalar nəticəsində 4 PKK terrorçusu məhv edilib, 6-sı yaralanıb.

Top atışları Türkiyə istehsalı olan “Fırtına” topları ilə həyata keçirilib.

Qeyd edək ki. bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqindəki PKK/PYD terrorçularına qarşı əməliyyatların başlayacağı haqda anons verib.

Açar sözlər:

Oxunub: 360