Qida sahəsində ən pis durum şadlıq evlərindədir
18:32 31 Oktyabr 2018
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 aylıq fəaliyyəti onu deməyə əsas verir ki, hazırda ölkədə qida təhlükəsizliyi sahəsində ən pis səhnə ictimai iaşə müəssisələrindədir”.
Bunu jurnalistlərə açıqlamasında Agentliyin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli qeyd edib ki, bu hallar, əsasən, şadlıq evlərində, xüsusilə də insanların kütləvi qidalanma məkanlarında qeydə alınır.
O, həmin müəssisələrinin sahiblərinə tövsiyə edib ki, Agentliyin müvafiq ekspertlərinin köməyindən istifadə edərək öz işlərini yaxın gələcəkdə qüvvədə olan sanitariya-gigiyena norma və qaydalarına, eləcə də beynəlxalq standartlara uyğun qursunlar.
O qeyd edib ki, şadlıq evləri ilə bağlı Agentliyin tədbirlər planı var: “Şadlıq evlərində Agentlik tərəfindən xüsusi monitorinqlər həyata keçiriləcək. Artıq bəzi nazirliklər monitorinqlərə başlayıb və bu sahədə müəyyən nöqsanlar aşkar edilib. Lakin qida təhlükəsizliyi sahəsində Agentliyin aparacağı yoxlamalar zamanı, əsasən, həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək ki, mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsi qadağandır. Onların əhalinin qidalanmasına verəcəkləri məhsullar mütləq mənşəyi məlum olan qida məhsulları olmalı, müvafiq qida təhlükəsizliyi sertifikatı ilə təmin olunan məhsulları kütləvi qidalanmaya verməyə borcludurlar. Həmçinin istifadə etdikləri bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları dövrü tibbi müayinələrdən keçməlidir. Bu, çox önəmli məsələdir. Eyni zamanda qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərinə görə qüvvədə olan qaydalara uyğun olmalıdır. Əks halda, bizim tərəfdən həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər də tədbiq olunacaq”. (Report)
Femida.az
Oxunub: 350
Oxşar xəbərlər
- Qida Təhlükəsizliyi İnstitutu ötən ili yarım milyon manat zərərlə başa vurub
- Qidalanmada yol verdiyimiz səhvlər
- Qida məhsullarının istehsalı artıb
- Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
- Qida Təhlükəsizliyi İnstitutuna pul ayrılıdı
- Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb
- Qida məhsullarında antibiotik təhlükəsi - MƏQALƏ
- Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır - VAKANSİYA
- Qida məhsullarının idxalının elektronlaşmasına start verilib
- Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik? - AQTA maarifləndirir