Dələduzluq etməkdə şübhəli bilinən daha bir neçə şəxs saxlanıldı


20:41     31 Oktyabr 2018 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg


Milli.AZ
Facebook

Twitter

VKontakte

Instagram

Youtube

RSS

XƏBƏR LENTİTOP XƏBƏRLƏRÖLKƏSİYASƏTİQTİSADİYYATŞOU-BİZNESKRİMİNALİDMANDÜNYAMARAQLIHAVAAVİAREYSLƏRDAYTUBE
Dələduzluq etməkdə şübhəli bilinən daha bir neçə şəxs saxlanıldı
31 Oktyabr 2018 20:000 Şərh Baxış: 158
Share on WhatsApp
Share on Telegram
Share on Facebook
Share on Twitter
Share on Vkontakte
Share on Odnoklassniki

#CƏMİYYƏT#KRİMİNAL

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Femida.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb.

Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun dələduzluq yolu ilə 3 Sumqayıt şəhər sakininin pullarını alması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 493