Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək


21:59     31 Oktyabr 2018 18_10_31_1541005202.jpg

Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq.

Femida.az Trend-ə istinadən məlumatına görə, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib:

“Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək”.

2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.

Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.

Açar sözlər:

Oxunub: 503


Oxşar xəbərlər