Məmmədyarov Bolqarıstanda
09:10 01 Noyabr 2018
Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.
XİN-dən Femida.az-a daxil olan xəbərə görə, görüşlərdə tərəflər Azərbaycanla Bolqarıstan arasında nəqliyyat və energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından bəhs edib və hər iki sahənin ikitərəfli münasibətlərin mühüm komponenti olduğunu təsdiq ediblər.
Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsinin gündəmdə olduğu qeyd olunub.
Habelə, əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstanın Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynadığı Nazirlər tərəfindən qeyd edilib və tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğu xüsusilə vurğulanıb.
Oxunub: 299
Oxşar xəbərlər
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
- Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov tacikistanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov səudiyyəli həmkarı ilə telefonla danışdı
- Məmmədyarov və Mnatskyan arasında videogörüş keçirilir
- Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
- Məmmədyarov beynəlxalq konfransda Ermənistanı ittiham etdi
- Məmmədyarov və Mnatsakanyan arasında görüş tarixi və yeri açıqlandı