Həmsədrlər Bakıya gəldi
11:23 01 Noyabr 2018
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər.
Femida.az xəbər verir ki, noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılmasının, həmçinin danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlər müzakirə ediləcək.
Səfər zamanı həmçinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşünün keçirilməsi məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər.
Həmsədrlər oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər.
Femida.az
Oxunub: 464
Oxşar xəbərlər
- Həmsədrlərdən sərhədindəki gərginliklə bağlı bəyanat
- Həmsədrlər Bakı və İrəvana çağırış edib
- Həmsədrlər bəyanat yaydılar
- Həmsədrlər atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa çağırır
- Həmsədrlərin "yay yuxusu" və payız "oyanışı" - KARİKATURA
- Həmsədrlər tərəfləri danışıqlara çağırır
- Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı
- Həmsədrlər Yerevanda Nikol Paşinyanla görüşüblər
- Həmsədrlər bəyanat yaydı
- Həmsədrlərin Qarabağ icması ilə görüşünə XİN-dən münasibət