"Kəndlərdə sürətli internet yoxdur" - Osman Gündüz


12:46     01 Noyabr 2018 osman%20g6.jpg


"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Valideyn Nəzarəti və internet təhlükəsizliyi" proqramının ("Kidsafe") təqdimat mərasimində çıxış edib.

Femida.az-ın məlumatına görə o, inkişaf etmiş ölkələrdə 10 il öncə bu problemin həll edildiyini deyib:

"Qərbdə dövlət və provayderlər birləşdi və bu problemi həll etdi. Azərbaycanda isə problem qalmaqdadır.

Bu gün hər şey internetdədir. Amma eyni zamanda internet uşaqlar üçün də təhlükədir. Provayderə demək olmaz ki, müəyyən saytları bağla. Məsələn kimsə terrorizmlə bağlı araşdırma aparır, yaxud insan alveri ilə bağlı. Ona lazımdır ki, bu barədə məlumatlar tapsın.Bu gün kəndlərdə sürətli internet yoxdur. Amma olandan sonra bu problem daha da böyüyə bilər. Çünki kəndlərdə uşaq texnoloji cəhətdən valideyndən daha güclüdür. Valideyn ona nəzarət edə bilməyəcək. Proqramı yaratmaqla kifayətlənmək olmaz, maarifləndirmə aparmaq da lazımdır.

Provayderlərin təmizlənmiş internet xidməti olmalıdır. Hansi ki, burada yalnız normal saytlara girmək mümkün olsun. Bizdə NRYTN-ə saytlara girişi bloklamaq hüququ verilib. Amma nazirlik pornoqrafik saytları bağlamaq əvəzinə xəbər saytlarını bağlayır. Hələ də öz qara siyahısı yoxdur. Qara siyahi mütləqdir və bilməliyik ki, bu siyahıda hansı saytlar var. Uşaqlar üçün eyni zamanda ağ siyahı da olmalıdır və onlara hansı saytlara girməsinin daha faydalı olacağını göstərməliyik".

Amin Nəzərli
Femida.az

Açar sözlər: #internet   #uşaq   #provayder   #kiber   #porno  

Oxunub: 821