Badamdarda son vəziyyət - Uçqun evlərə doğru davam edir
16:03 01 Noyabr 2018
Badamdar sürüşmə sahəsində aktivlik qalmaqdadır.
Bunu Femida.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hazırda sürüşmə sahəsindəki dik qalmış torpaq qatında xırda uçqunlar müşahidə edilir: “Qoyduğumuz gips mayaklarda dəyişiklik hiss olunmur. Dik qalmış torpaq qatında xırda uçqunlar olur ki, bu da təbiidir. Evlərin hasar divarları qırılma qaşının yaxınlığında yerləşir, onların bəzilərində çatlar müşahidə edilir və uçqun o istiqamətdə davam edir. Yağışlar intensiv olarsa, asılı vəziyyətdə qalan torpaq qatı bir az da ağırlaşacaq və nəticədə uçqunlar bir az da sürətlənəcək”.
Femida.az
Oxunub: 498
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"