Serj Sarqsyanı məhkəməyə verdilər


18:50     01 Noyabr 2018 sarkisyan-yigdi.jpg

Ermənistanın Gümrü şəhərinin sabiq merinin qohumu Anait İskandaryan ölkənin keçmiş prezidenti Serj Sarkisyanı və hökuməti məhkəməyə verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, məhkəməyə müraciət S.Sarkisyanın bu il verdiyi amnistiya qərarının etibarsız sayılması ilə əlaqədardır.

Qeyd olunur ki, bu ilin martında S.Sarkisyan Ananit İskandaryanın oğlunun qətli ilə bağlı məhkum olunmuş Arutyun Sarkisyanın əfv olunması barədə qərar vermişdi.

O, 2012-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 533