İki jurnalistə dövlət qurumunda vəzifə verildi


17:32     01 Noyabr 2018 2018/11/1448876569_1369332_1541079293.jpg

Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı işindən ayrılıb.


Femida.az xəbər verir ki, o, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Günay Yelmarqızı xəbəri təsdiqləyib.

Qeyd edək ki, xanım jurnalist 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet"də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.

Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

Daha bir jurnalist Elnur Kələntərov isə Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1440


Oxşar xəbərlər