Oğru qadının daha bir cinayəti üzə çıxdı


18:31     01 Noyabr 2018 qadin%20sahid%20mehkeme.jpg

Oğurluq etdiyinə görə tutulmuş G.Quliyevanın törətdiyi digər cinayət əməli müəyyən edilib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, G.Quliyevanın ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 22-də Bakı şəhər sakini C.Kərimovanın içərisində 300 manat, mobil telefon və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 335