Bakıda qadın əcnəbi vətəndaşı soydu - Evdən ərzaq oğurladı


19:43     01 Noyabr 2018 18_11_01_1541086860.jpg

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.

DİN-dən Femida.az -a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

Açar sözlər:

Oxunub: 355