Ərdoğanla Trampın telefon danışığı oldu


20:12     01 Noyabr 2018 18_11_01_1541087613.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışıb.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı münasibətləri, Suriyadakı prosesləri, Münbiç və İdlibdə başlayan ortaq əməliyyatları müzakirə ediblər. Ərdoğanla Tramp münasibətləri daha da gücləndirmək məqsədilə addımlar atmaqla bağlı razılığa gəliblər.

Qərara alınıb ki, regional məsələlərdə də sıx təmasda olunsun. Ərdoğan sonda Pittsburq şəhərində sinaqoqa terror hücumu nəticəsində ölənlərlə bağlı Amerika xalqına başsağlığı verib.

Açar sözlər:

Oxunub: 416