Kirayə yaşadığı evi yardı


18:56     12 Oktyabr 2015 311.jpg

Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.


Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az - a verilən məlumata görə, oğurluq hadisəsi Xəzər rayonunda qeydə alınıb. Belə ki, oktyabrın 3-də Bakı şəhər sakini Mülkidar Nəzərovun Binə qəsəbəsində yeni inşa olan evində kirayədə yaşayan Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Həsən Xəlilov və 1994-cü il təvəllüdlü Rüfət Məcidov oradan 4 ədəd elektrik mişarı və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.

Onlar Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.

Açar sözlər:

Oxunub: 1203