Marketdən yağ oğurlayanı döyən hakim qarşısında - VİDEO


11:58     02 Noyabr 2018 2018/11/700149_1541145972.jpg

Xətai Rayon Məhkəməsində marketdən oğurluq edən şəxsi döyən satıcı Tahir Rəşidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az report-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, sentyabr ayında Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1320