Müğənni Təranə Qumral həmkarına uduzdu - MƏHKƏMƏ


15:08     02 Noyabr 2018 18_11_02_1541156941.jpg

Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi hələ də bitmək bilmir.

Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan Təranə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Qumral barəsində cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib.

Nazəninin vəkili, Heyrət Qarayev açıqlamasında bildirib ki, bundan sonra qarşı tərəfin nə edəcəyindən xəbərsizdilər:

"Təranə Qumralın Ali Məhkəməyə müraciət etmə hüququ var. Amma nə edəcəyini bilmirik. Onun Bakı Apellyasiya Məhkəməsinə müraciəti də təmin edilmədi".

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral 4 min manat məbləğində cərimə edilib. Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal "ANS”in "Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. / axsam.az

Femida.az

Açar sözlər:

Oxunub: 879