NATO-nun 5 hərbi gəmisi Batumiyə gəlib


21:12     02 Noyabr 2018 nato.jpg

Bu gün beş NATO gəmisi 3 günlük təlimlər üçün Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi limanına gəlib.

Femida.az xarici KİV-lərə istrinadən xəbər verir ki, bu barədə məlumat yerli Acarıstan hökumətinin rəhbəri Tornike Rişvadze tərəfindən verilib.

NATO gəmilərinə Almaniyanın RHEIN flaqman gəmisi, Türkiyənin ERDEMLI istehkamçı gəmisi, Bolqarıstanın STIBAR gəmisi, Rumıniyanın “Lieutenant Dimitrie Nicolescu” mina gəmisi və İspaniyanın TURIA gəmisi daxildir.

Bildirilir ki, gəmilər 3 gün, yəni noyabrın 5-nə kimi Gürcüstan Sahil Mühafizəsi xidməti ilə birgə təlimlər keçirəcək. Təlimləırin məqsədi NATO və Gürcüstan arasında əməkdaşlığı gücləndirməkdir.

Xatırladaq ki, bundan əvvəl 2013, 2016, və 2017-ci illərdə oxşar təlimlər keçirilib.

Açar sözlər:

Oxunub: 493