Bakıda ürək dağlayan mənzərə: Ayağı qırılmış kişi 5 gündür küçədə ac qalıb + VİDEO


15:20     02 Noyabr 2018 2018/11/9455cf70-1d81-4f0e-8650-33276ee0d78a_1541157913.png

Yasamal rayonunda ayağı qırılmış kimsəsiz kişi sakinlərin sayəsində xilas edilib.



Femida.az xəbər verir ki, sakinlərin Bizimyol.info-ya verdiyi məlumata görə, kimliyi məlum olmayan şəxs bir neçə gündür Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən yaşayış binalarının yaxınlığında gecələyir. Sakinlər onun bir neçə gündür yemək yemədiyini, hətta verilən yeməkləri qəbul etmədiyini bildiriblər.

Nəhayət 5 gündür yemək yeməyən şəxslə bağlı təcili tibbi yardım xidmətinə müraciət edilib. Sakinlər bildiriblər ki, 60-65 yaşlarında olan şəxs artıq aclıqdan danışa da bilməyib.

Açar sözlər: #video   #kişi  

Oxunub: 4270