Taksidən düşən qadını maşın vurdu


15:16     02 Noyabr 2018 taksiler.jpg

Noyabrın 1-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Baxdiyar Ağayev idarə etdiyi “AzSamand” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Coşqun Zeynallının idarə etdiyi “Mercedes” markalı avtomobili və həmin vaxt avtomobildən düşən sərnişin - paytaxt sakini Elmira Haşımovanı vurub.

DİN-dən Femida.az-a verilən xəbərə görə, nəticədə qadın hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş.

Femida.az

Açar sözlər:

Oxunub: 532


Oxşar xəbərlər