MSK-lar arasında memorandum imzalanıb


15:37     02 Noyabr 2018 2018/11/c3d51-4623470010_1541159247.jpg

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans öz işini yekunlaşdırıb.



Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, konfransda iştirak edən MSK sədri Məzahir Pənahov səfər çərçivəsində Qazaxıstanlı həmkarı ilə yanaşı, bir sıra ölkələrin seçki idarəetmə qurumlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirib, seçkilərlə bağlı müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Noyabrın 2-də Astanada Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki Komissiyaları arasında Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Azərbaycan Mərkəzi Seçki Komissiyası adından sədr Məzahir Pənahov və Qazaxıstan Mərkəzi Seçki Komissiyası adından sədr Berik İmaşev imzalayıblar.

Anlaşma Memorandumu bütün sahələrdə əlaqələri ilbəil genişlənən Azərbaycan və Qazaxıstanın ali seçki qurumları arasında da münasibətlərin intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıyır.

Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı cinayətin törədilməsində istifadə olunan 1 ədəd maskanı təqdim ediblər Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 404


Oxşar xəbərlər