İqor Popov: "Təmas xəttində vəziyyət sabitləşib"


19:09     02 Noyabr 2018 2018/11/igor_popov_231115_1541161309.jpg

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib.


Femida.az report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb.

"Dağlıq Qarabağ prosesinin gedişatı ilə bağlı məsələlər diqqət mərkəzindədir. O cümlədən, iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq", - deyə İ.Popov bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 323