Xaçaturov vəzifəsindən azad edildi


16:46     02 Noyabr 2018 2018/11/xacaturov_1533205267_1541162880.jpg

Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, bu barədə KTMT-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfinin təşəbbüsü ilə müəyyən edilmiş qaydalara uyğun olaraq Xaçaturovun vaxtından əvvəl geri çağırılması proseduru başa çatıb. KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 535