Avstriya səfiri Bakını tərk edir
18:37 03 Noyabr 2018
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.
Elmar Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Femida.az
Oxunub: 491
Oxşar xəbərlər
- Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir
- Avstriya Prezidenti İlham Əliyevi təbrik edib
- Avstriya hökumətindən Qarabağ bəyanatı
- Avstriya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
- Avstriyada qar uçqunu: 3 turist ölüb, 4-ü itkin düşüb
- Avstriyada restoranda atışma olub, ölən və yaralanan var
- Avstriyada "Uçan xalça" sərgisinin açılışı olacaq
- Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var