8 uşaq atası olan 71 yaşlı kişi: "Bəlkə bundan sonra da bir-iki uşaq da..."


17:42     02 Noyabr 2018 2018/11/ss_1541166340.jpg


Ötən gün Təmiz Dünya İctimai Birliyinə gətirilən 8 uşağın atası ilə bağlı iddialar insanlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, 71 yaşlı atanın uşaqlarından ən böyüyünün 9 yaşı, kiçiyinin isə 1 yaşı var. Ata ilə ananın uşaqları sığınacağa gətirməkdə məqsədi onlara baxa bilməməkləri və kömək istəmələri olub.

Femida.az xəbər verir ki, məsələ ilə bağlı Open.az-a açıqlama verən 71 yaşlı ata Cavad Cavadov onu qınayanları başa düşmədiyini bildirib: “Gəlib mənim də, uşaqlarımın da qanını yoxlasınlar. Hələ bəlkə bundan sonra da bir-iki uşağım oldu. Mənə deyirlər ki, baxa bilmirsənsə, niyə 8 dəfə övlad sahibi olmusan. A bala, qanunda deyirlər ki, uşağı məhv etməyin. İndi uşağı abort etdirməyib saxlamışam. Deyirlər ki, uşaq sahibi olanda məndən soruşmuşdun? Deyirəm öldürmək günahdır, onlar da dünyaya gəlir".

Cavad Cavadov qeyd edir ki, indi yaşadığı xanım onun ikinci ailəsidir: "Birinci ailəmlə anama baxmadığına görə ayrılmışam. Birinci evliliyimdən iki qızım var. Onları böyüdüb ərə vermişəm, artıq nəvə-nəticə sahibiyəm. Əvvəl mənim yaxşı işim, şəxsi mərmər sexim olub. İndi qocalmışam deyə daşlara gücüm çatmır. Neçə dəfə aidiyyatı qurumlara müraciət etmişəm, amma baxan yoxdur”.

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadın və kişi artıq sığınacağı tərk edib: "Onlar uşaqları da götürüb, rayonlarına qayıdıb".

Femida.az

Açar sözlər:

Oxunub: 661