AQTA-dan quş əti və yumurta ilə bağlı AÇIQLAMA: "Yalandır!"


17:53     02 Noyabr 2018 18_11_02_1541166846.jpg


Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı məlumatlar yer alıb.

Femida.az xəbər verir ki, AQTA məsələ ilə bağlı açıqlama yayəıb və həqiqəti əks etdirmədiyini bildirib:

"Yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir.

Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Bildirilir ki, ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunmuş və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

Femida.az

Açar sözlər: #AQTA   #AQTİ   #yumurta   #toyuq  

Oxunub: 993