Ziyafət Əsgərov komitə sədrinə etirazını bildirib
19:30 02 Noyabr 2018
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov teatr və filmlərdə siqaretə qarşı məhdudlaşdırmanın aradan qaldırılması təkliflərinə cavab verib.
Femida.az
-ın məlumatına görə, Z.Əsgərov deyib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlər yığışdırılıb.
Onun sözlərinə görə, Rusiya Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaretlər yığışdırılsın, mövcud fimlərdə də üzərinə “kölgə” salınsın.
Z.Əsgərov Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynovun da iradına cavab verib: “Deyirsiniz ki, teatr və televiziya tamaşasında siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var. Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüquqi rolu” mövzusunda namizədlik dissertasiyası etsinlər, baxaq görək, doğrudan da nə isə var...”.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
- Polşa Prezidentinin şərəfinə ziyafət verilib
- Azərbaycan səfirliyi Romada ziyafət verdi
- "Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar" - Ziyafət Əsgərov
- Diaspor Komitəsində ciddi maliyyə pozuntuları - Aviabiletlər, mehmanxana xərcləri, əcnəbi qonaqlara ziyafətlər...
- Prezidentlərin şərəfinə ziyafət verilib
- Tacikistan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
- Serbiya prezidentinin şərəfinə ziyafət verildi
- " Heç hənanın yeridir? " - Ziyafət Əsgərovdan deputatlara irad
- Vitse-spiker: “Hüquqşünas 60 bal toplaya bilmirsə..."