Şanxayda "Azərbaycan Şərab Evi" açılacaq


19:42     02 Noyabr 2018 2018/11/vaqif4_1541167484.jpg

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti noyabrın 4-8-də Çin Xalq Respublikasında səfərdə olacaq.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, nümayəndə heyəti Şanxayda keçiriləcək və Azərbaycanın vahid ölkə stendinin də nümayiş olunacağı Birinci Çin Beynəlxalq İdxal Sərgisində, sərgi çərçivəsində təşkil olunacaq "Ticarət və investisiya", "Bir kəmər - Bir yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Qlobal ticarət və beynəlxalq logistika" mövzularına həsr olunmuş forumlarda iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Şanxay şəhərində "Azərbaycan Şərab Evi" açılacaq. Səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev Çin rəsmiləri ilə görüşlər keçirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 546


Oxşar xəbərlər