Dünyanın ən yaşlı məhbusu öldü


09:00     03 Noyabr 2018 turme-mehbus.jpg

İtaliyanın ən yaşlı məhbusu - "ndraqeta" qüvvətli cinayətkar təşkilatının qanlı bosslarından biri Françesko Barbaro - 91 yaşında Parma şəhərinin xəstəxanasında dünyasını dəyişib.

Bu barədə penitensiar sistemin yerli nümayəndəsi bildirib.

Ölümdən bir neçə gün qabaq F.Barbaronun sağlamlıq vəziyyəti kəskin pisləşib və mafiya lideri son üç il ərzində özünün ömürlük həbs cəzasını çəkdiyi Parma həbsxanasından şəhərin xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, Françesko Barbaro "ndraqeta" cinayətkar təşkilatının ən təhlükəli klanlardan birinin rəhbəri olub. (Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 543