Ağstafada avtomat tapılıb
10:09 03 Noyabr 2018
Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində 1 ədəd avtomat darağı ilə birlikdə tapılıb.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, ötən gün saat 12:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol stansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş avtomat silahı darağı ilə birlikdə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən götürülüb, Agentliyin mütəxəssisləri tərəfindən avtomat silahın tapıldığı yerin ətrafında 500 kv.m ərazi yerüstü, 100 kv.m ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 373
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb
- Ağstafada 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb