Ermənistan Livanla hərbi əməkdaşlıq müqaviləsi bağladı


12:56     03 Noyabr 2018 18_11_03_1541235438.jpg


Ermənistan və Livan hərbi sahədə əməkdaşlıq barədə razılığa gəliblər. Femida.az xəbər verir ki, adıçəkilən ölkələrin müdafiə nazirləri David Tonoyan və Yakup əl Sarraf Livanda müvafiq sazişi imzalayıb.

Görüşdə tərəflər regional və beynəlxalq təhlükəsizliyə, eləcə də birgə layihələrə dair məsələləri müzakirə ediblər.

Tonoyan eyni zamanda Livanda xidmət aparan erməni hərbi birləşməsinin mərkəzinə də baş çəkib.

Qeyd edək ki, tərəflər arasındakı həri sahədəki əməkdaşlıq mart ayında gündəmə gəlmişdi. Ermənistan bu barədə Livana təklif göndərmişdi.

Qeyd edək ki, Livan əhalisinin yarıdan çoxu müsəlmandır. Maraqlıdır ki, Livanda ermənilər də yaçayır. Onların əksəriyyəti erməni-qriqoryanlardır. Ermənilər ümumi əhalinin 5%-i təşkil edir. Bütün erməni-qriqoryan əhalinin yarısı Beyrut və onun ətraf rayonlarında cəmləşib. Bundan başqa ermənilər arasında erməni-katoliklərə (19 min nəfər), və protestantlara (sonuncular Yaxın Şərqdə erməni yevanqelist kilsələri Birliyinə birləşiblər) da rast gəlmək mümkündür.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Livan   #Ermənistan   #siyasət   #dünya  

Oxunub: 542