Büdcə müzakirələri başlayır - Gələn həftədən
13:08 03 Noyabr 2018
Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfi noyabrın 5-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Femida.az xəbər verir ki, "2019-cu il dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları parlamentin komitələrinin birgə iclaslarında müzakirə ediləcək.
Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.
Femida.az
Oxunub: 424
Oxşar xəbərlər
- Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə dəstək üçün yaradılmış fondlara yönəldiləcək
- Büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb
- Büdcənin gəlir və xərcləri açıqlandı
- Büdcəndən siyasi partiyalara ilk maliyyə yardımı ayrılıb
- Büdcə təşkilatlarında 89 milyon 240 min manat artıq və əsassız ödənişlər aşkarlanıb
- Büdcə layihəsi birinci oxunuşda qəbul edildi
- Büdcəyə dəyişiklik layihəsi Milli Məclisə daxil olub
- Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
- Büdcənin icrası barədə hesabat parlamentə təqdim edildi
- Büdcəyə vergi daxilolmaları proqnozu üstələyib