“Miqrasiya Məktəbi” fəaliyyətə başlayıb


14:09     03 Noyabr 2018

Dövlət Miqrasiya Xidməti tərəfindən sentyabr ayında Miqrasiya məktəbinə qəbul ilə bağlı elan edilən müsabiqənin nəticələrinə əsasən uğur qazanmış 15 gənc bu gün Xidmətin inzibati binasına dəvət olunublar.

DMX-dan Femida.az-a verilən xəbərə görə, ilk dərs günündə iştrakçılarla görüşən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təşkil olunan bu kursun əhəmiyyətindən danışıb. Sosial, iqtisadi, humanitar, hüquqi məsələləri özündə birləşdirən miqrasiya proseslərinin vacibliyini vurğulayan Xidmət rəisi bu sahədə mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Tədris proqramı çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacağını deyən Vüsal Hüseynov iştirakçılara uğurlar arzulayıb.

Xatırladaq ki, 6 ay davam edən tədris proqramının əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırma məqsədi daşıyır.Tədris prosesində gənclər üçün həm praktik məşğələlər həm də xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacaq.

Təlimlər DMX-nın müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcəkdir. Ümumi tanışlıq məqsədi daşıyan ilk tədris gününün sonunda xatirə şəkili çəkilib.


Femida.az

Açar sözlər:

Oxunub: 495