Elmar Məmmədyarov həmkarına başsağlığı verdi


20:43     12 Oktyabr 2015 2015-02-16-14-01-49318be079c.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada baş vermiş dəhşətli terror aktı ilə əlaqədar türkiyəli həmkarı Firudin Sinirlioğluna məktub göndərib. Bu barədə Femida.az-a Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.


Nazir terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara tez bir zamanda şəfa diləyib: “Azərbaycan terrordan əziyyət çəkən dövlət kimi, terrorun bütün forma və növlərini pisləyir. Azərbaycan hər zaman olduğu kimi, bu faciədə də qardaş Türkiyə xalqının yanındadır”.

Açar sözlər:

Oxunub: 786