Şimali Koreya nüvə proqramını bərpa edə bilər


15:46     03 Noyabr 2018 18_11_03_1541242028.jpg

"Əgər ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməsə, Pxenyan nüvə potensialını gücləndirmək siyasətini bərpa edə bilər".

Femida.az “Associated Press”ə istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Vaşinqtona xəbərdarlıq edilib.
Sənəddə qeyd olunub ki, ABŞ Şinali Koreyaya qarşı öz mövqeyini və sanksiyalar siyasətini dəyişməlidir. Əks təqdirdə Pxenyan nüvə gücünü birtərəfli qaydada artırmaq siyasətinə geri dönə bilər.

Xatırladaq ki, Pxenyan bundan əvvəl də özünə qarşı Vaşinqtonun birtərəfli sanksiyalarının tam ləğvini tələb edib. Lakin ABŞ administrasiyası bunun Koreya yarımadasının tam nüvəsizləşdirilməsi halında mümükünlüyünü bildirib. Cənubi Koreya da Pxenyana qarşı sanksiyiaların ləğvinə qarşı olduğunu bəyan edib.

Açar sözlər:

Oxunub: 514