Türkiyə səfirini geri çağırdı


20:50     03 Noyabr 2018 turkiye8.jpg

Türkiyə Uqandadakı səfirini geri çağırıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirin geri çağırılmasına səbəb oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü ilə əlaqədar Uqandada təşkil olunmuş mərasimdə geyindiyi paltar olub.

Səfir Sədəf Yavuzun mərasimdə geyindiyi antik yunan geyimi sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.

"Mərasimdə xanım diplomatın qəribə antik geyimi müzakirələrə səbəb olub. Bundan sonra XİN vəziyyəti aydınlaşdırmaq üçün S.Yavuzalı Uqandadan geri çağırıb", - deyə Türkiyə XİN-in məlumatında qeyd olunur. (Publika)

Açar sözlər:

Oxunub: 362