Beşmərtəbəli binada yanğın - Mingəçevirdə


20:55     12 Oktyabr 2015 millixeber_11038.jpg

Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femda.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı, ev əşyaları 6 kv.m və dəhlizin tavanı 4 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 912