"Qarabağ"ın rəqibi "Liverpul"la bacarmadı


11:09     04 Noyabr 2018 2018/11/11ECE034-58A4-431E-8CDC-EDE164C1C2BF_1541316834.jpeg

UEFA Avropa Liqasında təmsilçimiz "Qarabağ"ın rəqibi olan "Arsenal" klubu İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul"la qarşılaşıb.

Femida.az xəbər verir ki, əzəli rəqiblərin görüşü maraqlı epizodlarla yadda qalıb.

Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə komandalar hərəyə bir qol vuraraq 1:1 hesablı heç-heçə ilə barışmalı olublar.

Bu oyundan sonra "Liverpul" xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Arsenal" isə 23 xalla dördüncüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 404