Nazir korrpusiyaya görə işdən çıxarıldı


20:59     12 Oktyabr 2015 716030asd.jpg

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin müdafiə naziri Abibilla Kudayberdiyevi tutduğu vəzifədən azad edib.


Femida.az xəbər verir ki, bu barədə məlumatı ölkə prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, bir müddət öncə A.Kudayberdiyev barəsində xidməti vəzifəsindən sui-istifadə və dövlət əmlakının talanması ittihamları ilə cinayət işi açılıb.

Belə ki, nazir və qurumun yüksək səviyyəli rəsmiləri “Əsgər quruluş” dövlət müəssisəsi vasitəsilə qeyri-qanuni şəkildə büdcədəki pulları şəxsi istifadə məqsədilə xüsusi firmalara ötürüblər.

Hazırda nazir vəzifəsi səlahiyyətlərini müdafiə nazirinin birinci müavini Zamirbek Suerkulov icra edir.

Açar sözlər:

Oxunub: 1525