Bakıda biznes mərkəzdə yanğın olub


16:41     04 Noyabr 2018 yangin_38673636.jpg

Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb.

FHN-dən Femida.az-a verilən məlumata əsasən, altımərtəbəli binanın divar üzlüyü 36 m2 sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 329