“Himni dəyişmək tariximizdən imtina etmək deməkdir” - YAP rəsmisi


19:58     04 Noyabr 2018 aydin%20m6.jpg



Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Tahir Kərimlinin dövlət himninin həcminin azaldılması ilə bağlı təklifinə münasibət bildirib.

Azvision.az xəbər verir ki, YAP funksioneri təklifə razılaşmadığını deyib.

"Bu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi. Bu təkliflə razılaşmıram. Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir. Hər bir xalqın tarixində müəyyən məsələlər var ki, onlar qorunub saxlanmalıdır. Himnin mətnində Vətən, torpaq, hüquq və əsgər sözləri var. Hansılar ki, həmişə aktualdır. Mətnin uzunluğuna gəldikdə isə Yunanıstan himnində 158 sətir var, Argentina himni 9, Salvador himninin isə 8 bəndi var. Azərbaycan himni isə 4 bənddən ibarətdir. Ən qədim himn isə Niderlandındır ki, 1574 - ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənib", - deyə A.Mirzəzadə vurğulayıb.

Açar sözlər:

Oxunub: 406


Oxşar xəbərlər