Növbəti sınaq imtahanı keçiriləcək
09:26 05 Noyabr 2018
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən Femida.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 7 və 17 noyabr tarixlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 7 və 17 noyabr tarixlərində saat 9:00-da başa çatacaq.
Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.
Femida.az
Oxunub: 365
Oxşar xəbərlər
- Növbəti il dövlət büdcəsi 29 milyard manata yaxın olacaq
- Növbəti iki günün havası açıqlanıb
- Növbəti tədris ilinin tətil günləri açıqlanıb
- Növbəti buraxılış imtahanı keçiriləcək
- Növbəti hərracın vaxtı dəyişdirildi
- Növbəti yumşalma hansı sahədə olacaq? - Bu dəfə həkim-radioloq danışdı
- Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
- Növbəti şəhid ailəsinin sosial təminat və məşğulluq məsələləri həll olunur
- Növbəti düşmən təxribatı - "Facebook" istifadəçilərinin NƏZƏRİNƏ
- Növbəti vakansiya seçiminə start verilir