Yaşlı qadını vurub hadisə yerindən qaçdı


10:21     05 Noyabr 2018 qeza-piyada.jpg

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.



Femida.az "report"-a istinadən bildirir ki, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Rayonun Privolnoye kənd sakini, 1962-ci il təvəllüdlü Gülmirzəyeva Xanım Qurbanəli qızı müəyyən edilməmiş avtomobil ilə vurulub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 414