Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili - DOSYE


10:58     05 Noyabr 2018 2018/11/photo_97998_1541401297.jpg

30 yaşlarında azərbaycanlı, müsəlman bir qadın demokratik yolla özünüidarəetmə orqanına deputat seçilir.


Bu qadın etnik azərbaycanlıların yaşadığı Qaracala kəndinin sakini Pərixanım Sofiyeva olub. Ailə üzvləri onun 1884-ci ildə zəngin ailədə doğulduğunu, 9 qardaşı, 2 bacısının olduğunu deyir.

Pərixanım Tbilisidə yaşasa da, tez-tez kəndə gəlib.

Qohumları deyir ki, Pərixanım Sofiyevadan təkcə Gürcüstanda yaşayan azərbaycanlılar məsləhət almırdı. Onun yanına Azərbaycandan da gedənlər olub.



Gürcüstanlı tarixçi İrakli Xvadagiani ehtimal edir ki, Pərixanım Sofiyeva demokratik yolla seçilmiş ilk müsəlman qadındır.

Pərixanım Sofiyevanın doğma Qaracala kəndi Tbilisidən yarım saatlıq məsafədə yerləşir.

Ancaq indi, 100 il sonra belə bu kənddə siyasətçi qadına rast gəlmək çətindir.

Açar sözlər: #qadın   #Deputat  

Oxunub: 1009