Ələ keçirilən qadın terrorçulardan ŞOK İFADƏ: Hər gecə bizi zorlayıb...

Ələ keçirilən qadın terrorçulardan ŞOK İFADƏ: "Hər gecə bizi zorlayıb..."


12:13     05 Noyabr 2018 2018/11/ov_1541405555.jpg

Türkiyə polisinin ələ keçirdiyi PKK-lı qadın terrorçuların verdiyi ifadə hər kəsi şoka salıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təslim edilən qadın terrorçular orada zorlandıqlarını və bundan sonra sıralara qəbul olunduqlarını deyib.

Sabah qəzetinin məlumatına görə,tutulan 1150 qadın terrorçular aşağıdakı ifadələri verib:

Rojin Besta (Batman): Məndən 11 yaş böyük biriylə evlənib 4 uşaq doğacağım deyildi. Oraya getdiyim gündən 5 gün sonra zorlandım...

Beritan Əməd (Muş): Kandilə ayaq bastığımın ikinci gecəsi təcavüzə uğradım. Bu barədə "komandirə" məlumat verdim. O, hadisəni danışmağım üçün məni oturduğu məkana apardı. Orada bir daha onun tərəfindən zorlandım...

Gabar Rojbin (Bitlis): Ögey ana şiddətindən qaçıb PKK'ya qatıldım. 5 ildə təcavüzə qarşı çıxan 11 qadının intiharına və 8 qadının edamına şahid oldum.

Rozerin Batman (Diyarbəkir): Bədənimdə gördüyüm işgəncə və təcavüzün izləri var.

Berjin Amara (Şırnak): Kandildə işgəncəyə qarşı çıxan Mersinli Məryəm və Maraşlı Zöhrə eyni gündə güllələndi.


PKK'ya qatılan qadınların böyük hissəsi 15-22 yaş qrupunda olanlar olub.

- Dağa çıxan qadın terrorçuların yüzdə 5-i üniversitet, yüzdə 13-ü lisey, yüzdə 59-u məktəbli olub. Onların arasında 12-si oxuma-yazma bilməyən qadınlar olub.

Mətbuata sızdırılan məlumata görə qadınlardan dağlarda nəsil artırma və kişi döyüşçülərin əhval-ruhiyyəsini və cinsi tələbatını ödəmək üçün istifadə olunur.




Miri Məcidli
Femida.az

Açar sözlər: #terrorçu   #Zorlama   #PKK   #Video   #Türkiyə   #Polis  

Oxunub: 6188