Maşınlar qarət olunub
12:17 05 Noyabr 2018
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Femida.az-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 “VAZ-2106” və 1 “Daewoo” markalı avtomlobillərdən akkumulyator və 210 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Yusubov saxlanılıb.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Audi”, “Hyundai” və “Dong-Feng” markalı 3 avtomobildən pul, maqnitofon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Novruzov saxlanılıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər və Ucar rayon sakinləri olan 4 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Femida.az
Oxunub: 307
Oxşar xəbərlər
- Maşınların arxa şüşəsinə şüar yazmaq qanunsuzdur? - CAVAB
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşınların gömrük rüsumlarına yenidən baxılacaq
- Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
- Maşınlardan oğurluq edən şəxslər tutulub
- Maşınların evakuasiya olunacağı küçələrin adları AÇIQLANDI
- Maşınlardan oğurluq edənlər tutulub
- Maşınlardan oğurluq edənlər tutuldu
- Maşınlardan oğurluq edənlər saxlanılıb
- Maşınlardan oğurluq edən şəxs tutuldu