Bu il 194 min tona yaxın pambıq yığılıb


14:07     05 Noyabr 2018 2018/11/PAMBİQ1_1541412630.jpg


Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu “Azərpambıq ASK” MMC-nin 25936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.

Bu günədək ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub - 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton), Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.

Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.

Femida.az

Açar sözlər: #pambıq   #kənd_təsərrüfatı  

Oxunub: 513