Nazirin qəbuluna düşmək istəyənlər DİQQƏT!


14:12     05 Noyabr 2018 18_11_05_1541412887.jpg


Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 8-də Balakən rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Balakən rayonu Mədəniyyət Mərkəzində (ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 42) keçiriləcək qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, habelə Balakən rayonu Mədəniyyət Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Femida.az

Açar sözlər: #nazir   #ədliyyə   #qəbul   #Balakən  

Oxunub: 1837